AEBA-nın baş direktoru İranın nüvə obyektlərinə baş çəkəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın Fordo və Natanz nüvə obyektlərinə baş çəkəcək.
Bunu Tehranda səfərdə olan AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
O, İranın nüvə proqramı ilə bağlı tam təkamülü əks etdirən təəssürat əldə etmək üçün noyabrın 15-də Fordo və Nətənzdəki nüvə obyektlərinə baş çəkəcəyini vurğulayıb.
Məlumata görə, noyabrın 14-də o, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb.