Sionist rejimin keçmiş müharibə nazirinin qardaşı oğlu öldürülüb

Sionist rejimin keçmiş müharibə nazirinin qardaşı oğlu öldürülüb

 İsrail ordusu Qəzza zolağının şimalında baş verən toqquşmalarda bir zabit və bir əsgərin öldüyünü etiraf edib.

Əl Aləm telekanalının məlumatına əsasən, işğalçı ordunun bu gün (17 noyabr)  verdiyi açıqlamada deyilir: Kəffir Briqadasına bağlı Nahşon Batalyonundan “Yogif Bazi” və “Nuim İtan” Qəzzanın şimalında baş verən qarşıdurmalarda həlak olub, bir nəfər isə ağır yaralanıb.

Səma xəbər agentliyi sionist hərbi analitik Amit Sicala istinadən xəbər verir ki, “Yogif Bazi” batalyon zabiti Nahşun İsrail rejimi ordusunun keçmiş qərargah rəisi və hərbi kabinetin keçmiş naziri Qadi Ayzenkutun qardaşı oğludur.

Knessetin üzvü olan Ayzenkut bu ilin əvvəlində Qəzza müharibəsi zamanı oğlu və iki qardaşı oğlunu itirib.

Haaretzin məlumatına görə  sionist rejimin Cibaliyyadakı quru əməliyyatlarının yeni mərhələsinin başlamasından bu yana Qəzzə zolağının şimalında bu rejimin 27 əsgəri həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 20 =