Ben Qvir ofisində yeni qalmaqal

Ben Qvir ofisində yeni qalmaqal

 Sionist rejimin qurumlarından aparılan araşdırma qalmaqalı işğalçı rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Qvirin ofisinə də çatıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, sionist rejimin 14-cü kanalı Ben Qvir ofisinin bir neçə əməkdaşının sionistlər arasında nəzarətsiz silah paylanması qalmaqalı ilə bağlı istintaq edildiyini açıqlayıb.

14-cü kanal dünən axşam (18 noyabr) dərc etdiyi bir proqramda bu həftənin əvvəlində polis Daxili Təhlükəsizlik Naziri İtamar Ben Qvir ofisinin bir sıra əməkdaşını dindirilmək üçün çağırdığını elan edib.

Bildirilir ki, bu istintaq sionist mühacirlər arasında qeyri-qanuni silah paylanması işi ilə bağlıdır.

Polis gələn cümə axşamından etibarən bu istintaqla bağlı məlumatları rəsmiləşdirəcəklərini açıqlyıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − seven =