The Times of Israel: Şin Betin direktoru Türkiyə kəşfiyyatının rəhbəri ilə görüşüb

The Times of Israel: Şin Betin direktoru Türkiyə kəşfiyyatının rəhbəri ilə görüşüb

İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Bar Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüşmək üçün Türkiyəyə səfər edib.

Bu barədə “Times of Israel” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Kəşfiyyat xidmətlərinin rəhbərləri Qəzza zolağında atəşkəslə bağlı danışıqların bərpası səylərini və Ankaranın bu işdə köməklik göstərməsi imkanlarını müzakirə ediblər.

Daha əvvəl adı açıqlanmayan ərəb rəsmisi “The Times of Israel”ə bildirib ki, Fələstinin “HƏMAS” hərəkatı rəhbərliyinin nümayəndələri hazırda Türkiyədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =