Qəzzada böhran: İsrailin icazə verdiyi yardımlar oöurlanır

Qəzzada böhran: İsrailin icazə verdiyi yardımlar oöurlanır

Qəzza zolağında aclıq böhranı dərinləşdikcə, təşkilatlanmış qruplar İsrailin əraziyə daxil olmasına icazə verdiyi humanitar yardımların böyük hissəsini oğurlayır. Bu qruplar İsrail ordusunun nəzarətində olan bölgələrdə sərbəst fəaliyyət göstərir.

“The Washington Post” qəzetinin xəbərinə görə, bu barədə yardım təşkilatlarının rəsmiləri, humanitar işçilər, nəqliyyat şirkətləri və şahidlər məlumat verib. 

Qəzetin əldə etdiyi Birləşmiş Millətlər Təşkilatının daxili memorandumunda qeyd olunur ki, bu qruplar “İsrail Müdafiə Qüvvələrinin xeyirxahlığından” və ya “mühafizəsindən” faydalana bilər. 

Bu vəziyyət Qəzzada humanitar yardımın ədalətli paylanmasını və ehtiyacı olanlara çatdırılmasını ciddi şəkildə çətinləşdirir.

Yardım təşkilatları və beynəlxalq qurumlar bu məsələnin təcili həllini və humanitar yardımların təhlükəsizliyinin təmin olunmasını tələb edirlər. 

Musavat.com “The Washington Post”a istinadla xəbər verir ki, bu hadisələr Qəzzada humanitar vəziyyətin daha da pisləşməsinə səbəb olur və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.

Yardım karvanlarının təhlükəsizliyinin təmin edilməsi və ehtiyacı olan insanlara çatdırılması üçün təcili tədbirlərin görülməsi vacibdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 10 =