Netanyahunun iqamətgahına fişəng hücumunun təşkilatçısı sionist dəniz zabitidir

Netanyahunun iqamətgahına fişəng hücumunun təşkilatçısı sionist dəniz zabitidir

Sionist rejimin baş naziri Benyamin Netanyahunun evinə fişəng hücumunda təqsirləndirilən şəxslərdən biri də bu rejimin dəniz zabitidir.

İRNA-nın bu gün (20 noyabr) verdiyi xəbərə əsasən, Netanyahunun evinin bağçasına atılan fişəng əməliyyatı ilə əlaqədar həbs edilən şübhəlilərdən biri də sionist Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitidir.

Məlumata görə, bazar ertəsi gün polis və sionist rejimin Şabak daxili təhlükəsizlik təşkilatı baş nazir Netanyahunun iqamətgahına 2 fişəng atmaqda şübhəli bilinən 3 nəfəri, o cümlədən ordunun ehtiyatda olan briqada generalını həbs edib.

Bu xəbərə görə, bu üç nəfər polis və Şabakın birgə araşdırması üçün həmin ərazinin dindirmə mərkəzinə aparılıb.

Bununla bağlı İsrailli jurnalist Amit Seqal Netanyahunun Qeysəriyyə bölgəsindəki iqamətgahına fişəng əməliyyatında iştirak edənlərdən birinin bu rejim ordusunun ehtiyatda olan briqada generalı olduğunu deyib.

Xatırladaq ki, sionist mediaları şənbə günü gecə baş nazir Netanyahunun işğal olunmuş ərazilərin şimal-qərbində Hayfa şəhərinin cənubundakı Qeysəriyyə bölgəsindəki iqamətgahına 2 fişəng atılması barədə xəbər yayımlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =