İran Avropa və İngiltərənin insan haqları ilə bağlı ikili standartlarını tənqid edir
İran İslam Respublikasının Xarici İşlər Naziri Avropa və İngiltərənin ziddiyyətli davranışlarını onların ikili standartlarını və insan haqları ilə bağlı məsuliyyətdən boyun qaçırmaları kimi qiymətləndirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Abbas Əraqçi bu gün (20 noyabr) sosial media hesabında yazıb: Avropa İttifaqı və İngiltərə heç bir sənəd-sübut təqdim etmədən İranı Rusiyaya ballistik raketlər verməkdə ittiham edərək hava yolları və gəmiçilik xətlərimizə sanksiya tətbiq edib. Eyni zamanda, Britaniya öz silahlarını və F-35 ehtiyat hissələrinin sionist rejim tərəfindən beynəlxalq humanitar qanunları ciddi şəkildə pozaraq istifadə etdiyi və onların ixracı ilə məşğul olduğu bir halda İranı təqsirləndirir.
Seyid Abbas Əraqçi əlavə edib: Britaniyanın əsaslandırması nədir? Amerika və NATO ilə əlaqələri saxlamaq! Bu ziddiyyətli davranış onların ikili standartlarını və insan hüquqlarına görə məsuliyyətdən boyun qaçırmalarının açıq-aydın göstəricisidir.