İran: Qəzzadakı cinayətlərlə bağlı Qərbin susması utancvericidir
İran prezidenti Amerika və Avropanın insan haqlarından danışdığı bir halda Qəzza və Livanda törədilən bütün cinayətlər qarşısında susduqlarını bəşəriyyət üçün utancverici bir mövqe kimi dəyərləndirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Məsud Pezeşkian bu gün (21 noyabr) deyib: Mən Avropa və Amerikanın insan hüquqları müdafiəçisi olduqlarına inanmıram və onların müdafiə etdiyi insan haqlarına yazıqlar olsun!
Məsud Pezeşkian Sistan və Bəlucistan vilayətinə səfəri zamanı sionist rejimin Qəzza və Livandakı cinayətləri qarşısında insan haqları üzrə saxta iddiaçıların dəstəyinə toxunaraq deyib: Amerika və Avropa insan haqlarından dəm vurduqları halda Qəzza və Livanda baş verən bütün cinayətlər qarşısında susurlar. Mən onların insan haqları müdafiəçisi olduqlarına inanmıram.
Prezident Sistan və Bəlucistan əyalətinin iqtisadi və ticarət fəalları ilə görüşündə də İranın böyük imkanlarına və ölkənin imtiyazlı coğrafi mövqeyinə toxunaraq deyib: Məkran, Fars körfəzi, Mazandaran və dəhlizlər barədə iclasımın olmadığı bir gün yoxdur. Biz yüksək elmi dərəcələrə malik beynəlxalq ekspertləri məsləhətləşməyə dəvət edəcəyik. İranın bu perspektivlə digər ölkələrlə müqayisədə daha geridə qalması bizim maraqlarımıza uyğun deyil. Biz birlikdə düşünərək, bir-birimizi müşayiət etməklə bu məsələləri həll etməliyik.