İtaliya: Netanyahu və Qallantın həbsi beynəlxalq qanunların icrası deməkdir
Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejim baş naziri və keçmiş müdafiə nazirinin həbsinə verdiyi orderi Kanada, İtaliya və İngiltərə də daxil olmaqla bir sıra Qərb ölkələrində ciddi reaksiyalara səbəb olub.
İRNA-nın məlumatına əsasən, İtaliyanın müdafiə naziri Guido Crosto bu gün (22 noyabr) bütün dünya ölkələrinin beynəlxalq təşkilatların qaydalarına əməl etməsinin zəruriliyini vurğulayaraq deyib: Netanyahu və Qallant İtaliyaya gəldikləri halda, onları həbs etməliyik. Çünki İtaliya Beynəlxalq Cinayət Məhkəməsinin bir üzvü kimi qanuni olaraq bu məhkəmənin qərarlarına əməl etmək məcburiyyətindədir
Guido Crosto daha sonra Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında sionist rejimin məsul şəxslərinin həbsinin siyasi qərar olmadığına işarə edərək deyib: Onların həbsi beynəlxalq qanunların icrası deməkdir.