Hakan Fidan fələstinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin Baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefonla danışıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdəki, o cümlədən Qəzzadakı vəziyyəti müzakirə ediblər.