Türkiyə və Azərbaycanın arasında qara bazarın üstü açılır

Türkiyə və Azərbaycanın arasında qara bazarın üstü açılır

İstanbulda 70 kq qızıl ilə saxlanılan Azərbaycanın hərbi attaşesi olub

  İstanbul Qaçaqmalçılıqla Mübarizə İdarəsi Azərbaycanın hərbi attaşesi olduğu iddia edilən Azərbaycan vətəndaşı Kəhrəman Şamil oğlu Məmmədovu saxlayıb. Rəsmilər qızılın mənşəyi və təyinatı barədə kifayət qədər məlumat təqdim edilmədiyini bildiriblər.

Məmmədovun diplomatik toxunulmazlıq hüququndan istifadə edərək bu qızılları Türkiyə üzərindən qanunsuz yollarla daşımış ola biləcəyi iddia edilir. Diplomatik status beynəlxalq razılaşmalar əsasında müəyyən imtiyazlar təmin etsə də, belə fəaliyyətlərin qanunlarla uyğun olmadığı və cinayət xarakteri daşıdığı qeyd edilir.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu bu məsələyə dair genişmiqyaslı istintaq başlatdı.Hadisənin məlum olmasından Məmmədov dərhal Azərbaycana gətirilib və onun barəsində inzibati və cinayət istintaqı başladıldığı elan edildi. Bu hadisə diplomatik toxunulmazlıqların sui-istifadəsi mövzusunda beynəlxalq müzakirələri yenidən alovlandırdı. Mütəxəssislər, qızılın mənbəyi və təyinatı haqqında daha çox məlumat təmin edilmədikcə, məsələnin diplomatik böhrana səbəb ola biləcəyini bildirirlər.

Türkiyə və Azərbaycan arasındakı yaxın münasibətlərin məsələnin həlli prosesində həlledici olacağı qiymətləndirilir.Qaçaqmalçılıq iddialarının mərkəzində dayanan Məmmədovun vəziyyətinin iki ölkə arasında əməkdaşlıq çərçivəsində tez bir zamanda aydınlaşdırılması gözlənilir. Həm Türkiyənin, həm də Azərbaycanın, bu hadisənin diplomatik münasibətlərə mənfi təsirlərini minimuma endirmək üçün şəffaf yanaşma nümayiş etdirəcəyi vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − one =