Aliməqam Rəhbər: Netanyahu və Qallantın edamı açar sözünə xüsusi diqqət yetirilsin

Aliməqam Rəhbər: Netanyahu və Qallantın edamı açar sözünə xüsusi diqqət yetirilsin

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Bəsicilərlə görüşündə çıxışı sosial şəbəkələrdə və ərəbdilli mediada geniş əks-səda doğurub.

İRNA-nın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” və “Əl-Hədas” kanalları xüsusi olaraq bu gün (25 noyabr) Ali Məqamlı Rəhbərin bəyanatlarını işıqlandırıb.

Bu iki kanal İnqilab Liderinin sionist rejimin baş naziri Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Qalantın edam edilməsinin zəruriliyi ilə bağlı bəyanatlarına geniş yer verərək “Netanyahuya ölüm hökmü” cümləsini sitat gətiriblər.

“Əl-Ərəbiyyə” bu barədə məlumatda yazır: İran İslam Respublikasının lideri bazar ertəsi Bəsiclərlə görüşündə Haaqa Məhkəməsinin baş nazir Benyamin Netanyahu və Yoav Qalantın həbsi üçün verdiyi həbs orderinə toxunaraq deyib: İsrailin keçmiş müharibə naziri və Netanyahunun həbsi üçün verilən order kifayət deyil. Çünki digər sionist liderləri edam cəzasına məhkum edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + seventeen =