Yəmən: Amerikanın ölkədən çıxarılması zəruridir

Yəmən: Amerikanın ölkədən çıxarılması zəruridir

Yəmənin “dəyişiklik və quruculuq” hökumətinin baş naziri sionist rejimlə mübarizədə silahlı qüvvələri ilə İraqın İslami müqaviməti arasında yüksək koordinasiya olduğunu deyib.

İRNA-nın məlumatına əsasən, Əhməd Qalib Nasir Ər-Rəhavi bu gün (25 noyabr) İraqın Əl-Əhd telekanalına müsahibəsində deyib: Amerika Səudiyyə Ərəbistanının köməyi ilə Yəməndə sülh razılaşmasına mane olur və bu, onların xeyrinədir.

O, Hizbullahın sionist rejimə qarşı artan hücumları barədə deyib: Livanda İslami müqavimət bu gün zərbə qüvvəsinə çevrilib və qüdrətini gücləndirir.

Əl-Rəhavi əlavə edib: Hizbullah təşkilatlanmış və təlimlər keçib. Sionist rejim iddialarının əksinə olaraq Livanın cənubuna belə ayaq basa bilmədi. İraq müqaviməti də sionist rejimə hücum etməklə əlindən gələni əsrigəmir və biz İraqın baş nazirindən müqavimətin yanında olmasını istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − six =