Livan müqaviməti yenə İsrailin hərbi obyektlərini vurdu

Livan müqaviməti yenə İsrailin hərbi obyektlərini vurdu

Livan müqaviməti yenə İsrailin hərbi obyektlərini vurdu

Livan müqaviməti bəyanat yayaraq sionist rejimin hərbi mövqelərini hədəfə almasından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahı bu gün (26 noyabr) 3-cü bəyanatında Əl Minarə sionist qəsəbəsində hərbçilərin toplandığı mövqeyə raketlə hücum etdiyini elan edib.

Hizbullahın 4-cü bəyanatında deyilir: Evyum sionist qəsəbəsində yerləşən hərbçilərin mövqeyinə bir neçə raket atdıq və raketlərimiz hədəfə dəydi.

Hizbullahın pilotsuz təyyarələri həmçinin İsrail rejiminin işğal olunmuş Colandakı hərbi mərkəzinin qərargahına hücum edib.

Livan Hizbullahı bu gün 6-cı bəyanatında bildirib ki, Həbuşit mərkəzi (810 Hermon Briqadasına bağlı gizli qərargah) Suriyanın işğal olunmuş Colan bölgəsində Əl-Şeyx dağında sionist rejimi hədəfə alıb və nəzərdə tutulan hədəfi dəqiqliklə vurub.

Hizbullah 7 saylı bəyanatı İsrail ordusunun piyada qüvvələrinin Nəhariyyədəki təlim mərkəzinə hücumla əlaqədardır. Bəyanatda deyilir: Nəhariyyə şəhərinin cənubundakı “Şefi Tsion” bölgəsində piyada qüvvələrinin təlim düşərgəsinə ilk raketləri atıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =