Lapid: Netanyahu Hizbullahla atəşkəsə məcbur oldu

Lapid: Netanyahu Hizbullahla atəşkəsə məcbur oldu

Sionist rejim müxalifətinin lideri Yair Lapid bu rejimin baş nazirinin Livan Hizbullahı ilə atəşkəsə razılaşmağa məcbur qaldığını bildirib.Sionist rejim müxalifətinin lideri Yair Lapid deyib: “Hizbullahla hər hansı razılaşma biabırçılığı, utancverici bu hadisələri unutdurmayacaq. Qəzzadan girovların qaytarılması və bütün israillilərin “öz evlərinə” qaytarılması üçün razılıq əldə edilməlidir.”

O, daha sonra deyib: “İsrail Nazirlər Kabineti atəşkəsə razılaşmağa məcbur oldu və hərbi qələbələri siyasi nailiyyətlərə çevirə bilmədi”.

Sionist rejimin baş naziri bir neçə dəqiqə əvvəl təhlükəsizlik kabinetinin iclasından sonra İsrail rejiminin Livanda atəşkəslə razılaşdığını elan edib.

Livanın cənubuna qurudan hücumun əvvəlində Litani çayına qədər cənub bölgələrini işğal etmək istədiyini iddia edən sionist rejim, təxminən ay yarımdan sonra və ağır itkilər verərək, böyük irəliləyişə nail ola bilmədi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + three =