Livan cəbhəsində atəşkəs sionist rejim üçün alçaldıcı məğlubiyyətdir

Livan cəbhəsində atəşkəs sionist rejim üçün alçaldıcı məğlubiyyətdir

İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı deyib: Livan cəbhəsində atəşkəs Hizbullaha qarşı müharibədə heç bir şər məqsəd və arzusuna belə yaxınlaşmayan sionist rejim üçün strateji və alçaldıcı məğlubiyyətdir və hətta Qəzzadakı müharibədə atəşkəsin başlanğıcı və sonunu da gətirə bilər.

Keşikçi general-mayor Hüseyn Səlami Hizbullahın Livandakı baş katibi Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasimə ünvanladığı mesajda deyib: İşğal olunmuş ərazilərin şimal cəbhəsində sionist rejiminin öz şeytani məqsədlərinə nail olmaqda uğursuzluğa düçar olması və qondarma rejimə atəşkəs tətbiq etməsi ilə əldə edilmiş islami müqavimətin və Livan Hizbullahının qürurlu təşkilatının böyük qələbəsi münasibətilə Zati-aliləri, şərəfli Livan hökuməti və xalqını, başda qeyrətli və cəsur döyüşçü Hizbullahı təbrik edirəm.

General-mayor Səlami vurğulayıb: Livan cəbhəsində atəşkəs Hizbullaha qarşı müharibədə heç bir şər məqsəd və ümidinə belə yaxınlaşmayan sionist rejim üçün strateji və alçaldıcı bir uğursuzluqdur və hətta Qəzzadakı müharibədə atəşkəsin başlanğıcı və sonunu da gətirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =