Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər həlak olub

Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər həlak olub

“Cəbhət ən-Nusra” terror qruplaşması Hələb Universitetinin tələbə şəhərciyinin ərazisini atəşə tutub.

Bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

“Terrorçuların Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutması nəticəsində dörd mülki şəxs həlak olub”, – məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən “Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =