SEPAH İsraildə 7 oktyabr hücumlarının təkrarına çağırıb

SEPAH İsraildə 7 oktyabr hücumlarının təkrarına çağırıb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Mohammad Reza Naqdi İran ərazisinə oktyabrın 26-dakı İsrail zərbəsinə cavab olaraq daha bir “Əl-Əqsa daşqını” əməliyyatının (HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində İsrailə hücumu) keçirilməsinə çağırıb.

Bu barədə “Tasnim” agentliyinə istinadən məlumat verir.

“Bir çoxları bizdən “Doğru vəd-3″ün (26 oktyabr İsrail hücumuna hərbi cavab – red.) nə vaxt keçiriləcəyini soruşur və mən deyirəm ki, “Doğru Vəd-3″ün keçirilməsi məni narahat etmir. Biz, “Bəsic” (hərbiləşdirilmiş könüllü dəstələr) olaraq, sionistlərlə hesabı bağlamaq üçün yeni “Əl-Əqsa daşqını” istəyirik və bu gün çox yaxındır”, – deyə iranlı hərbçi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 2 =