Sionist mediaların iddiası: İsrail Hələbə hücumdan xəbərdar idi

Sionist mediaların iddiası: İsrail Hələbə hücumdan xəbərdar idi

 Bir sionist qəzeti kəşfiyyat mənbələrinə istinadən İsrailin Hələbə hücumlardan xəbərdar olduğunu, İran və Hizbullahın illər boyu məşğul olması, müqavimət oxunun çökməsi üçün hücumu sürətləndirməyə çalışdığını iddia edib.

Əl Aləm telekanalının bugünkü (30 noyabr) məlumatına əsasən, Suriyanın şimal-qərbi, Hələb və İdlib əyalətlərində terrorçu qrupların hücumlarının başladığı bir vaxtda, işğal olunmuş ərazilərdə nəşr olunan sionist “Yediot Aharanot” qəzeti yazıb: Çox güman ki, İŞİD-ə bağlı qruplar tezliklə Suriyanın “Tadmar” (Palmira) bölgəsində fəaliyyətə başlayacaq.

Palmira Suriyada, ölkənin mərkəzində Homs əyalətində yerləşən qədim şəhərdir.

Suriyanın şimal-qərbində fəallaşan terrorçu qrupların yeni əməliyyatları zamanı “Həyat Təhrir əş-Şam” qüvvələri və onun müttəfiq qrupları son üç gündə İdlib və Hələb ətrafında 20 kənd və ərazini zəbt edib.

Suriya İnsan Haqları Müşahidə Qrupu bu barədə elan edib: Bu qruplar həmçinin Hələb şəhərində Əl-Həmdaniyyə, Yeni Hələb, 3 min yaşayış məntəqəsi, Əl-Cəmiliyyə və Səlahuddin də daxil olmaqla 5 məhəlləyə daxil olub.

Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, Hələbin bu əraziləri 2016-cı ildən bəri ilk dəfədir ki, bu terror qrupları tərəfindən ələ keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − one =