İran: Hazırda Amerika ilə danışmaq niyyətində deyilik

İran: Hazırda Amerika ilə danışmaq niyyətində deyilik

İran İslam Respublikasının xarici işlər naziri Suriyadakı proseslər, Qəzza müharibəsi, İranın Avropa ilə nüvə danışıqları məsələsi və Amerika ilə dialoqu barədə fikir bildirib.

İRNA-nın verdiyi məlumata görə, Seyid Abbas Əraqçi bu gün (3 dekabr) Əl-Ərəbiyyəl Cədid kanalı ilə müsahibəsində deyib: Mən Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırıram. Suriyadakı vəziyyəti sakitləşdirmək, təşəbbüsü ələ almaq və daimi həll yolu yaratmaq üçün bir çox hazırlıqlarımız var.

Seyid Abbas Əraqçi həmçinin İranın nüvə danışıqları məsələsi barədə deyib: Nüvə məsələsi ilə bağlı Avropa ilə danışıqlara bədbin yanaşmaq üçün çoxlu səbəblərimiz var. Hazırda biz Vaşinqtonla danışmaq fikrində deyilik; Çünki belə söhbətin heç bir əsası yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − one =