Ərdoğan: Suriya rejimi hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasda olmalıdır

Ərdoğan: Suriya rejimi hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasda olmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşlə telefonla danışıb.

Onlar regional və qlobal məsələləri, o cümlədən Suriyadakı prosesləri müzakirə ediblər.

Ərdoğan Türkiyə üçün Suriyanın sabit yaşaması və mülki itkilər verməməsinin əsas məsələ olduğunu deyib.

O, hazırkı mərhələdə Suriya rejiminin hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasının vacibliyini qeyd edib, Türkiyənin gərginliyin azaldılması, mülki əhalinin qorunması üçün səy göstərdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =