Nəbəl və Əl Zəhra şiələri 7 gündür mühasirədədir
Hələbin cənub-şərqində yerləşən Nəbəl və Əz-Zəhra şiə şəhərlərinin yüzlərlə sakini artıq yeddinci gündür ki, fəlakətli vəziyyətdə terrorçuların mühasirəsində ac-susuz blokadadadır.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, media qaynaqları Əl-Safira şəhəri və terrorçuların mühasirəsində olan Nəbəl və Əl-Zəhra əhalisinin ağır vəziyyətini əks etdirən şəkilləri dərc edir.
Təhrirəş Şam terrorçularının Hələbə hücumundan sonra şiələrin Nəbəl və Əl-Zəhra şəhərlərinin sakinləri şəhərdən çıxmaq məcburiyyətində qalıb. 2000 nəfər Hələbin şimalından 60 kilometrdən çox məsafə qət edərək cənub-şərqdə yerləşən Əl-Safira bölgəsinə daxil olub, oradan Dəməşq, Homs və s. kimi digər vilayətlərdə daha təhlükəsiz bölgələrə gedib. Amma Əl-Safirada şiələr terrorçular tərəfindən mühasirəyə alınıb və 7 gündür bu ərazidə ac-susuz, dərmansız və soyuq havada qalmağa yer tapmırlar.
Məlumata görə Nəbəl və Əl Zəhra şiələri beynəlxalq təşkilatlardan və Dünya Qırmızı Xaç Cəmiyyətindən kömək tələb edir.