Suriya ordusunun son 24 saatda təşkil etdiyi hücumda 300 terrorçu öldürülüb

Suriya ordusunun son 24 saatda təşkil etdiyi hücumda 300 terrorçu öldürülüb

 Suriya ordusu son 24 saatda ən az 300 terrorçunun öldürüldüyünü, çoxlu sayda terrorçunun əcnəbi olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Suriya ordusundakı hərbi mənbə bu gün (5 dekabr) elan edib: Həma şəhərinin şimal ətraflarında qarşıdurma oxları boyunca ordu birlikləri səhər saatlarından etibarən “Təhrir əş-Şam” terrorçularının hücumlarını dəf edib.

Bu hərbi mənbə əlavə edib: Qüvvələrimiz bütün meydanlarda terrorçuların mövqelərini və hərbi karvanlarını hədəfə alıb. Suriya və Rusiyanın müştərək hava qüvvələri qeyd olunan bölgələrdə terrorçuların hücum edib və aralarında əcnəbilərin də olduğu azı 300 terrorçu məhv edilib , 25-dən çox pilotsuz uçan aparat vurulub.

Suriya televiziyası da həmçinin Həma ətrafında Əl-Məcdi oxunda qarşıdurmanın davam etdiyini elan edərək ordunun bu nöqtədə mövqelərini sabitləşdirdiyini və Muhrada körpüsünün terrorçular tərəfindən işğalı ilə bağlı yalandan başqa bir şey olmadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eight =