Əraqçi: İsrail və HƏMAS yaxın həftələrdə razılığa gələ bilər

Əraqçi: İsrail və HƏMAS yaxın həftələrdə razılığa gələ bilər

İsrail HƏMAS hərəkatı ilə bir neçə həftə ərzində Qəzza zolağında atəşkəs əldə etmək barədə razılığa gələ bilər.

Bu fikri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“İnanıram ki, yaxın bir neçə həftə ərzində Qəzzada atəşkəs əldə oluna bilər. İsrail və ölkənin baş naziri Benyamin Netanyahu HƏMAS-ı məhv etmək məqsədi ilə Qəzza zolağına hücum ediblər. Əgər HƏMAS ilə barışıq bağlasalar, məğlub olduqlarını etiraf edəcəklər”, – deyə o İran Dövlət Teleradio Şirkətinin efirində çıxışı zamanı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − nine =