Ulyanov: Rusiya Bəşər Əsədi çətin vəziyyətdə qoymadı
Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Moskvanın Suriyanın istefa vermiş prezidenti Bəşər Əsədi çətin vəziyyətdə qoymadığnı deyib.
İRNA-nın verdiyi məlumata görə, Mixail Ulyanov bu gün (9 dekabr) deyib: Rusiya çətin vəziyyətdə dostlarına xəyanət etmir. Rusiya Federasiyası ilə ABŞ arasındakı fərq də elə bundan ibarətdir.
Bundan əvvəl Kremldəki mənbə Əsəd və onun ailə üzvlərinə humanitar səbəblərə görə Rusiyadan sığınacaq aldığını xəbər vermişdi.
Noyabrın 27-də silahlı müxalif qruplar Suriyanın Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə kütləvi hücumlar həyata keçirib.
Dekabrın 7-də axşam saatlarında Əsədin müxalifləri bir neçə böyük şəhəri – Hələb, Deyr əz-Zor, Dəra, Həma və Homsu ələ keçiriblər. Dekabrın 8-i səhər onlar Dəməşqə daxil olduqdan sonra ordu hissələri paytaxtı tərk edib.