HƏMAS: Misir danışıqları bitdi

HƏMAS: Misir danışıqları bitdi

Həmas hərəkatının nümayəndə heyəti Misir kəşfiyyat idarəsinin rəhbəri ilə Qahirədə danışıqlardan sonra bazar ertəsi səhər bu şəhəri tərk edib.

İRNA-nın verdiyi məlumata görə, Xəlil Əl Həyyənin başçılıq etdiyi nümayəndə heyəti bu görüşdə münaqişələrin dayandırılması, Qəzza zolağında atəşkəsin yaradılması və Qəzza cəmiyyətinə dəstək komitəsinin formalaşdırılması kimi məsələlər müzakirə edib.

HƏMAS nümayəndə heyəti bu səylərin uğurlu olduğu deyib.

Xatırladaq ki, ötən cümə axşamı HƏMAS nümayəndə heyəti Misirin Qəzza zolağında fələstinlilərin milli iştirakını əks etdirən hərtərəfli mexanizmlər vasitəsilə “icma dəstəyi komitəsi” yaratmaq təklifi ilə razılaşdığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 11 =