Kamal Ədvan xəstəxanasının baş həkimi: Vəziyyət çox təhlükəlidir

Kamal Ədvan xəstəxanasının baş həkimi: Vəziyyət çox təhlükəlidir

“Kamal Ədvan” xəstəxanasının baş həkimi sionist rejimin ardıcıl hücumları səbəbindən bu xəstəxananın xaotik vəziyyəti barədə məlumat verib.

İRNA-nın verdiyi məlumata görə, Hisam Əbu Sofiya “Kamal Ədvan” xəstəxanasının vəziyyətini çox xaotik olduğunu qeyd edərək deyib: Bu xəstəxana İsrailin hücumlarının davam etməsi və hərbi əməliyyatların davam etməsi səbəbindən çox təhlükəli vəziyyətdədir. Daim bombalar altındayıq, xəstəxananın elektrik və suyu kəsilib.

O, beynəlxalq ictimaiyyətdən kömək üçün təcili tədbirlər görməsini xahiş edərək deyib: İsrailin xəstəxanaya qarşı son kütləvi hücumları ciddi ziyan vurub. Hal-hazırda elektrik və suya zəruri ehtiyacımız var. Xəstəxananın ətrafında ardıcıl partlayışlar elektrik və su şəbəkələrinin təmirinə mane olur. 112 yaralı xəstəxanada müalicə olunur, əlavə olaraq reanimasiyada 6 xəstəmiz var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =