İsveçrə suriyalılara sığınacaq verilməsini dayandırıb
İsveçrə hökuməti suriyalılara sığınacaq verilməsini dayandırıb.
“Reuters“ xəbər verir ki, İsveçrə hökuməti Suriyada son baş verənlərdən sonra ölkədəki vəziyyət yaxşılaşana qədər suriyalılara sığınacaq verilməsi prosedurlarını dayandırdığını bildirib
Miqrasiya üzrə Dövlət Katibliyi bildirib ki, Suriyadan olan qaçqınlar üçün sığınacaq verilməsi prosedurlarını və qərarları vəziyyətin yenidən qiymətləndirilməsinə qədər dayandırır.