Suriyanın böyük şəhərləri ərzaq çatışmazlığı ilə üzləşib – BMT

Suriyanın bir neçə böyük şəhəri ərzaq çatışmazlığı ilə üzləşib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin bəyanatında deyilir.
“Ərzaq çatışmazlığı Deyr əz-Zor, Dəməşq və Həma da daxil olmaqla böyük şəhərlərdə qeydə alınıb. Təkcə İdlib və Hələbdə çörəyin qiyməti noyabrın 27-dən dekabrın 9-dək bir neçə dəfə artıb”, – deyə məlumatda bildirilir.
Təşkilat, həmçinin qeyd edib ki, Suriyadakı xəstəxanalar həddindən artıq doludur.