Kreml İsrailin Suriya ərazisinə təcavüzünə reaksiya verdi
Kremlin sözçüsü sionist rejimin Suriyanın Colan təpələrinə hücumlarının vəziyyətin sabitləşməsinə kömək etməyəcəyini vurğulayaraq Rusiyanın Suriyadakı vəziyyəti izlədiyini və bu ölkərə nəzarət edən qüvvələrlə təmasda olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Dmitri Peskov bu gün (11 dekabr) keçirdiyi mətbuat konfransında deyib: İsrailin Suriya ilə sərhəddəki bufer zonada hərəkətləri vəziyyətin sabitləşməsinə kömək etməyəcək.
Peskov bununla bağlı suala cavab olaraq deyib: Colan təpələri bölgəsində, bufer zonada hava zərbələri və hərəkətlər çətin ki, sabitliyi pozulmuş Suriyada vəziyyətin sabitləşməsinə kömək etsin.
O Rusiyanın Suriyada vəziyyətin tezliklə sabitləşməsini istədiyini də vurğulayıb.