BMT Qəzzada davamlı atəşkəs qətnaməsini qəbul edib

BMT Qəzzada davamlı atəşkəs qətnaməsini qəbul edib

BMT Baş Assambleyası Qəzzada dərhal hərtərəfli və daimi atəşkəsə, əsirlərin qeyd-şərtsiz azad olunmasına çağıran qətnamə qəbul edib.

Qətnaməni 158 ölkə dəstəkləyib, 9 dövlət əleyhinə çıxıb, 13-ü isə bitərəf qalıb. Sənədin qəbulu üçün üçdə iki səs tələb olunurdu.

BMT Baş Assambleyasının qətnamələri, Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, icbari hüquqi qüvvəyə malik deyil.

BMT Baş Assambleyasının Əlcəzair, Banqladeş, Qvineya, Misir, İndoneziya, İordaniya, Qətər, Küveyt, Livan, Malayziya, Səudiyyə Ərəbistanı və Fələstinin təşəbbüsü olduğu qətnaməsi Qəzzada atəşkəs tələbinə həsr olunub. Sənəd dərhal, qeyd-şərtsiz və daimi atəşkəsə, bütün girovların azad edilməsinə və humanitar yardıma maneəsiz çıxışın təmin olunmasına ehtiyacın mövcudluğunu bir daha təsdiqləyir. Qətnamədə həmçinin mülki şəxslərin müdafiəsi, beynəlxalq hüququn pozulmasına görə cavabdehlik, İsrail və Fələstinin iki dövlətli həllinin dəstəklənməsinə diqqət yetirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 15 =