Əraqçi və Ali-Sani sionist rejimin Suriya infrastrukturlarına hücumlarının qarşısının alınmasını vurğulayıblar

Əraqçi və Ali-Sani sionist rejimin Suriya infrastrukturlarına hücumlarının qarşısının alınmasını vurğulayıblar

İran İslam Respublikası və Qətər xarici işlər nazirləri arasında telefon danışığında tərəflər sionist rejimin Suriyanın infrastrukturlarına hücumları və bu ölkənin daha çox ərazisini işğal etməsinin dayandırılması üçün səylər və ciddi addımlar atılmasının vacibliyini vurğulayıblar.

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Ali-Sani bu cümə axşamı səhər saatlarında telefon danışığında Suriyada baş verən hadisələr və qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər, bölgədəki proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Bu söhbətdə tərəflər sionist rejimin Suriyanın infrastrukturlarına hücumlarının və bu ölkənin daha çox ərazisinin işğalının dayandırılması üçün ciddi səy və fəaliyyətin zəruriliyini vurğulayıblar.

Bu söhbətdə, həmçinin Suriya xalqının iradəsinə əsaslanan sabitliyin bərqərar olmasına və əhatəli siyasi sistemin formalaşmasına kömək etmək məqsədi ilə Suriyada baş verən hadisələrlə bağlı ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı müzakirə aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 4 =