Qəzzada media şəhidlərinin sayı 193 nəfərə çatıb

Qəzzada media şəhidlərinin sayı 193 nəfərə çatıb

Fələstin Muxtariyyətinin Qəzzadakı hökumətinin mətbuat ofisi çərşənbə gecəsi Qəzzada media şəhidlərinin sayının 193 nəfərə yüksəldiyini bildirib.

İRNA-nın Fələstinin Şəhab xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu idarə bir bəyanatda Səvt əl-Əqsa radiosunun diktoru və müxbiri İman Hatəm Əl-Şəntinin şəhid olduğunu elan edib.

Bu xəbərə görə, bu şəhid qadın müxbir İsrail ordusunun Şeyx Rizvan məhəlləsində yaşadığı mənzilə hücumundan sonra şəhadətə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − six =