Tramp və Netanyahunun Suriya, Qəzza və İranla bağlı söhbəti

Tramp və Netanyahunun Suriya, Qəzza və İranla bağlı söhbəti

Sionist rejimin xəbər mənbələri baş nazir Benyamin Netanyahu ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Suriya, Qəzza və İranla bağlı söhbətindən xəbər verirlər.

İRNA-nın məlumatına görə, sionist rejimin 12-ci kanalı bu gün (15 dekabr) qısa bir xəbərdə elan edib: İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünən axşam Suriya, İran və Qəzza zolağında baş verən hadisələrlə bağlı telefon danışığı aparıb.

Kanal 12 söhbətin məzmunu ilə bağlı daha ətraflı məlumat verməyib.

Bundan əvvəl sionist “İsrael Hayom” qəzeti rejim kabinetindəki mənbəyə istinadən Trampın Qəzzada müharibənin dayandırılmasını istədiyini və yəqin ki, onun ABŞ prezidenti kimi andiçmə mərasimi ilə Qəzzada müharibənin bitəcəyini yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =