Colani: İsraillə döyüşməyəcəyik
Suriya Siyasi Administrasiyasının lideri sionist rejimlə qarşıdurma və ya müharibə planlarının olmadığını açıqlayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Heyət Təhrir əş-Şam təşkilatının lideri Əbu Məhəmməd Colani bu gün (14 dekabr) deyib: Biz nə İsraillə münaqişə içindəyik, nə də ona qarşı müharibə aparırıq.
Colani həmçinin İran cəmiyyəti ilə heç bir düşmənçiliyimiz olmadığını, vaş verənlərin İranın bölgədəki təhlükəli layihəsinə qarşı bir qələbə olduğunu iddia edib.
Suriyanın yeni lideri həmçinin Rusiya ilə münasibətləri barədə deyib: Biz rus bazalarını hədəfə ala bilərdik. Amma ruslara Suriya xalqı ilə münasibətlərini yenidən nəzərdən keçirmək şansı verdik.