SDQ: Biz Suriyada Liviya ssenarisinin təkrarlanmasından narahatıq

SDQ: Biz Suriyada Liviya ssenarisinin təkrarlanmasından narahatıq

 Suriya Demokratik Qüvvələrinin (SDQ) sözçüsü Suriyanı idarə edən yeni sistemin strukturu ilə bağlı bu ölkəyə hakim olan silahlı qruplar arasında fikir ayrılığına toxunaraq, Liviya ssenarisinin Suriyada təkrarlanmasından narahatlıqlarını bildirib.

Təsnim İnformasiya Agentliyinin bugünkü (15 dekabr)  məlumatına görə, Suriyada Bəşar Əsəd hökumətinin süqutu və bu ölkədə baş verən sürətli dəyişikliklərdən sonra, xüsusilə sionist rejimin ağır hücumları və bu rejimin hərbi qüdrətini tamamilə məhv etmək cəhdindən sonra ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) sözçüsü Əbdül Salam Əhməd, bu ölkənin gələcəyi üçün acı ssenarilər cızıldığını, Suriyada Liviya ssenarisinin təkrarlanmasından qorxduğunu deyib

Əbdül Salam Əhməd Sputnik xəbər agentliyi ilə müsahibəsində deyib: Silahlı müxalifət hakimiyyətə gəldikdən sonra ölkəni idarə edən yeni sistemin strukturu ilə bağlı fikir ayrılıqları var. Silahlı qruplar 3 ay ərzində Dəməşqdəki siyasi prosesləri keçid hökuməti vasitəsilə idarə edəcək. Bir sıra milis qüvvələri əvvəlki hökumətin devrilməsi ilə bağlı razılığa gəlsə də gələcək siyasi hökumətin forması ilə bağlı anlaşma əldə edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + two =