Sionist rejim Netanyahu və Qallantın həbsinə dair orderi ləğv etməyə cəhd göstərir
Media mənbələri sionist rejim baş nazir və müharibə nazirinnin Qəzza zolağında hərbi cinayətlərə görə həbs qərarına qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciətindən xəbər veriir.
İRNA-nın verdiyi bugünkü (15 dekabr) məlumata görə, sionist rejimin baş prokuroru Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Qalantın həbsinə dair qərarın yenidən nəzərdən keçirilməsi üçün rəsmi müraciət etdiyini bildirib.
Bu tələb Beynəlxalq Cinayət Məhkəməsinin 21 noyabrda Netanyahu və Yoav Qalantı müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və aclıqdan silah kimi istifadə etmək ittihamı ilə həbs qərarı çıxardıqdan sonra təqdim edilib.
Bu qərara əsasən, məhkəməyə üzv dövlətlər Netanyahu və Qallantın öz ərazilərinə daxil olacağı təqdirdə onları həbs edib məhkəməyə çatdırmaqda məsuliyyət daşıyırlar.
Bu, ilk dəfədir ki, Haaqa Məhkəməsi sionist məmurun həbsinə order verir.