Colani Məhəmməd Mursinin taleyinə düçar olacaq?

Colani Məhəmməd Mursinin taleyinə düçar olacaq?

 Bəzi ekspertlərin fikrincə Colani kimi tanınan Əhməd əl-Şora bu günlərdə Misirin keçmiş prezidenti Məhəmməd Mursinin taleyini yaşaya bilər.

Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Mursi “Müsəlman Qardaşlar”ın üzvü və 25 yanvar 2012-ci il inqilabından sonra Misirin ilk prezidenti olub.

Məhəmməd Mursi 2013-cü ildə Əbdülfəttah əs-Sisinin rəhbərlik etdiyi Misir ordusunun dövlət çevrilişi nəticəsində devrilmiş və xaricə deportasiya olunmaqdan imtina edərək nəhayət Qahirə həbsxanasında vəfat edib.

“The Times of England” Əl-Colaninin qohumlarına istinadən yazıb ki, o, gənc ikən çox sakit və utancaq olub. 1982-ci ildə atası Səudiyyə Ərəbistanına getdikdən sonra bu ölkədə anadan olub. 2003-cü ildə Səddamın devrilməsindən sonra ekstremizm və terror fəaliyyətləri ilə tanınan Əl-Qaidənin İraq qanadına üzv olub.

İraqdakı qarşıdurmaların birində Amerika qüvvələri onu həbs edərək, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi kimi şəxslərin də həbs olunduğu Boka həbsxanasına köçürülüb.

“The Times” əlavə edib: Əl-Bağdadi 2011-ci ildə “Cəbhət ən-Nusra”nı qurmaq üçün Colanini Suriyaya göndərib. Amma bir müddət sonra hər ikisi Əl-Bağdadinin qətliam və baş kəsmə kimi ekstremist üsulları ilə bağlı fikir ayrılığına düşüb.

Suriya və Misirdəki hadisələrin bəzi oxşarlıqlarına baxmayaraq, ekspertlər 2012-ci ildə Misirdəki vəziyyətin 2024-cü ildəki Suriya vəziyyətindən tamamilə fərqli olduğunu düşünürlər.

İndi görmək lazımdır ki, “Təhrir əş-Şam” kimi tanınan qruplaşmanın başçısı hər cür daxili və beynəlxalq problem və çağırışlarla, uzun illər müharibə, yoxsulluq və köçkünlükdən təngə gələn Suriya cəmiyyətinin öhdəsindən necə gələcək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 3 =