Əl-Buxeyti: Yəmənə hücum Qərbin ikiüzlülüyünü ifşa edir/Qəzzəni dəstəkləməyə davam edəcəyik
![Əl-Buxeyti: Yəmənə hücum Qərbin ikiüzlülüyünü ifşa edir/Qəzzəni dəstəkləməyə davam edəcəyik](https://sizinyol.org/wp-content/uploads/2024/12/170807830.jpg)
Yəmən Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Buxeyti ABŞ və sionist rejimin Yəmənin mülki obyektlərinə hava hücumunu Qərbin ikiüzlü mövqeyinin ifşası hesab edib.
Məhəmməd Əl-Buxeyti cümə axşamı deyib: “ABŞ və İsrailin Yəməndə mülki obyektləri bombalaması Qərbin ikiüzlülüyünün həqiqətini ortaya qoyur.”
O, əlavə edib: “Qəzzəyə dəstək üçün hərbi əməliyyatlarımız davam edəcək və Qəzzədə soyqırım cinayətləri dayanana qədər gərginliyin şiddətlənməsinə şiddətlə cavab verəcəyik.”
Əl-Buxeyti qeyd edib: “Fələstin xalqına qarşı soyqırım cinayətləri dayandırılana, qida, dərman və yanacağın Qəzzə zolağına daxil olmasına icazə verilənə qədər Qəzzaya dəstək davam edəcək.”