Netanyahunun həyat yoldaşı məhkəmə əleyhinə etirazlara rəhbərlik edir

Netanyahunun həyat yoldaşı məhkəmə əleyhinə etirazlara rəhbərlik edir

İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun ədliyyə işçilərinə qarşı nümayişlər təşkil etdiyi, saxta hesablar vasitəsilə zəhərli mesajlar yaydığı və ittiham tərəfinin şahidinə hücum etdiyi üzə çıxıb.

İsrailin ” Mivzak Live” internet saytının apardığı yeni araşdırma , İsrail baş nazirinin həyat yoldaşı Sara Netanyahunun məhkəmə və prokurorluğa qarşı nümayişlər təşkil etdiyini ortaya çıxarıb.

Hüquq-mühafizə orqanlarına qarşı nümayişlərin təşkilində iştirak edən Sara Netanyahu keçmiş baş prokuror Avichai Mandelblit və baş prokuror Liat Ben-Arinin ünvanına təhqirlərin olduğu nümayişlərin təşkili üçün çalışıb.

Mivzak Live, Saranın sosial media şəbəkələrində saxta hesablar vasitəsilə zəhərli mesajlar yaydığını və sonradan polis komissarı təyin edilən bölgə komandiri Denni Levidən istifadə etdiyini bildirib.

Onun ərinin işi üzrə ittiham tərəfinin şahidi olan Hadas Klein-ə hücum etdiyi də məlum olub.

Əl-Meyadin vurğulayıb ki, bu tapıntılar baş nazir iqamətgahının hüquq-mühafizə və məhkəmə orqanlarına təsiri ilə bağlı ciddi narahatlıq doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − three =