Qəzzada atəşkəs razılaşmasıyla bağlı irəliləyiş əldə olunmayıb
ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börns Qəzzada atəşkəs razılaşmasıyla bağlı danışıqlarda irəliləyiş əldə olunmadıqdan sonra Qətəri tərk edib
Bu barədə ABŞ rəsmisi “The Washington Post“ qəzetinə bildirib.
“Girov müqaviləsi və atəşkəs razılaşmasının tamamlanması istiqamətində heç bir irəliləyiş olmadı”, – deyə rəsmi bildirib.
Onun sözlərinə görə, danışıqlar üçün Qətərdə olan ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börns Qətəri tərk edib.