HƏMAS fələstinliləri yəhudiləşdirmə planlarına qarşı durmağa çağırdı

HƏMAS fələstinliləri yəhudiləşdirmə planlarına qarşı durmağa çağırdı

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) fələstinliləri düşmən sionistin yəhudiləşdirmə planlarına qarşı durmağa çağırıb.

HƏMAS bazar ertəsi axşam yaydığı bəyanatda bildirib: “İşğalçı rejimin İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə məxsus ev və obyektlərin dağıdılması, o cümlədən işğal altındakı Qüdsün şərqindəki Anata qəsəbəsində 13 evin sökülməsi əmrinin verilməsi, yəhudiləşdirmə əməliyyatlarının davam etdirilməsi, qəsəbə salınmalarının genişləndirilməsi və fələstinlilərin məcburi köçürülməsi proqramları ilə bağlı hərəkətləri artıb.”

HƏMAS-ın bəyanatında əlavə olunub: “Biz Fələstin xalqından və İordan çayının qərb sahilindəki qəhrəman müqavimətimizdən istəyirik ki, sionist işğalçıları ilə qarşıdurmanı gücləndirsinlər, müqəddəs məkanlarımızda, ziyarətgahlarımızda varlığımızı hədəfləyən planlara qarşı dursunlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =