Ayətullah Xamenei: Şəhid Süleymani Müqavimətin simvolu və İslamın müdafiəçisidir

Ayətullah Xamenei: Şəhid Süleymani Müqavimətin simvolu və İslamın müdafiəçisidir

İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Briqadalarının sabiq komandanı, şəhid Qasim Süleymaninin anım mərasiminə qatılıb.

Bu barədə yerli mediada məlumat yayılıb.

Məlumatda vurğulanıb ki, Ayətullah Seyid Əli Xamenei qatıldığı mərasimdə çıxış edib.

İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei şəhid Qasim Süleymaninin şəxsiyyətini və davranış xüsusiyyətlərini vurğulayaraq onun “İslam və Quranın təmini” yolunda irəliləməyi nümunə göstərdiyini bildirib. Ali Rəhbər, Suriya xalqının işğalçılara qarşı gec-tez qalib gələcəyinə və Yəmən, Fələstin və Livanda davam edən müqavimətə işarə edərək şəhid Süleymaninin İranı “hərəm” olaraq qəbul etdiyini qeyd edib.

Ayətullah Xamenei şəhid Süleymaninin ABŞ-ın İraq və Əfqanıstandakı işğalına qarşı qətiyyətli mübarizəsini xatırladaraq onun ABŞ-ın böyük bir planını pozduğunu vurğulayıb. Ali Rəhbər, şəhid Süleymaninin gəncləri təşkilatlandıraraq və silahlandıraraq İraqda “hərəm müdafiəçiləri”ni yaratmaqda mühüm rol oynadığını bildirib.

Həmçinin, şəhid Süleymaninin “Müqavimət Cəbhəsinin dirçəldilməsi”ni əsas strategiyası kimi müəyyən etdiyini bildirən Xamenei, onu hərbi, siyasi və mədəni sahələrdə üstün təşkilatçılıq qabiliyyətinə malik bir lider kimi təriflədi.

Ali Rəhbər, Livan, Fələstin və Yəmən müqavimətlərinin düşmənlərin ağır basqılarına baxmayaraq uğurla davam etdiyini, bu müqavimətin Qasim Süleymaninin fədakarlıqları sayəsində gücləndiyini vurğulayıb. O, şəhid Süleymaninin “Qüds şəhidi” olaraq anılmasının onun müqəddəs məkanlara sadiqliyinin simvolu olduğunu diqqətə çatdırıb.

Ayətullah Xamenei, müqavimətin qalib gələcəyini və işğalçıların bölgədən çıxarılacağını bildirərək gənclərin iman və fədakarlığını bir ölkənin ən böyük gücü kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − four =