İsrail kəşfiyyatının yüksək rütbəli məmuru istefa verdi

İsrail kəşfiyyatının yüksək rütbəli məmuru istefa verdi

Sionist mediaları müharibə ordusu kəşfiyyatçısının İsrail məqsədlərinə çata bilməməsi və HƏMAS-ı məğlub edə bilməməsi səbəbilə istefa verdiyindən xəbər verirlər.

İRNA-nın verdiyi məlumata görə, adı açıqlanmayan bu zabit Qəzza ordusunun şimal briqadasının komandanı briqada generalı Haim Koenin istefasından sonra qərara gəlib.

Bundan əvvəl də ötən ilin yayında kəşfiyyat zabiti polkovnik Avi Rozenvild bu səbəbdən istefa verdiyini elan etmişdi.

Qeyd edək ki, Fələstin müqaviməti Qəzza zolağında 7 oktyabr 2023-cü il tarixində gözlənilməz bir əməliyyatla Qəzza zolağına bitişik sionist yaşayış məntəqələrinə daxil olub və 250-yə yaxın sionisti girov götürüb.Onların bəziləri humanitar aksiya ilə azad edilib. Onların daha bir hissəsi sionist rejimlə HƏMAS arasında əsir mübadiləsi əməliyyatı zamanı azad edilib. Lakin onların bir neçəsi işğalçı rejimin ekstremist kabinetinin diqqətsizliyi və İsrail ordusunun öz atəşi ilə Qəzza zolağına amansız hücumlarını davam etdirməsi nəticəsində həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 19 =