Braziliyada bir İsrail zabitin həbsinə order verildi

Braziliyada bir İsrail zabitin həbsinə order verildi

 Braziliya Məhkəməsi Qəzza zolağında bir sionist zabitin cinayətlərinə aid faktlara əsasən sionist rejim ordusunun bir zabitinin dərhal həbsi və onun istintaqın başlaması barədə qərar verib.

Təsnim İnformasiya Agentliyinin bügünkü (5 yanvar)  məlumatına əsasən, Fələstinin “Hind Rəcəb” insan haqları təşkilatının şikayətindən sonra Braziliya məhkəməsi sionist rejim zabitinin dərhal həbs edilməsi və onun hərbi cinayətlərdə ittiham olunaraq dindirilməsinə göstəriş verib.

Sionist rejimin bu zabiti Qəzzada yaşayış evlərinin sistematik şəkildə dağıdılmasında iştirak etməkdə ittiham edilir. Elə bu səbəbdən də bu zabitin iştirak etdiyi cinayət Fələstin vətəndaşlarına dözülməz həyat şəraiti yaratmaq üçün geniş səylərin bir hissəsi olduğu üçün, həmçinin beynəlxalq hüquqa əsasən, soyqırım və insanlığa qarşı cinayət sayıldığı üçün Braziliya MƏhkəməsi bu qərarı verib.

“Arab 48” internet saytı bir xəbərdə yazıb ki, məhkəməyə təqdim edilən sübutlar arasında şübhəlinin şəxsən partlayıcıdan istifadə etdiyi və bütün məhəllələrin dağıdılmasında iştirak etdiyini göstərən video kliplər, coğrafi yer və fotoşəkillər mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 20 =