İsrail Livanla atəşkəsi 392 dəfə pozub

İsrail ordusu Livanla əldə olunan atəşkəsi 40 gün ərzində 392 dəfə pozub.
Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Sur və Nəbatiyyədə atəşkəsin 40-cı günündə 9 dəfə pozuntuya yol verib.
Noyabrın 27-dən bəri İsrail ordusunun hücumlarında 33 nəfər ölüb, 37 nəfər yaralanıb.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bəri 1106-sı qadın və uşaq, həmçinin 222-si tibb işçisi olmaqla azı 4 min nəfər həlak olub, 16 mindən çox insan yaralanıb.
Qeyd edək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması 27 noyabr 2024-cü il tarixində qüvvəyə minib.
Razılaşmaya əsasən, Livan ordusunun 60 gün ərzində Livanın cənubunda İsrail tərəfindən işğal olunmuş bölgələrə mərhələli şəkildə yerləşdiriləcəyi gözlənilir.