Tramp: Qəzzada müharibə çox uzandı

ABŞ-ın seçilmiş prezidenti Qəzzada müharibənin çox uzun sürdüyünü bəyan edərək, İsrailli məhbuslar azad edilməsə, cəhənnəm olacağını deyib.
İRNA-nın verdiyi məlumata görə, Donald Tramp bu gün (6 yanvar) Amerikanın “Salem” radiosu ilə müsahibəsində bir daha işğal rejiminin Fələstin xalqına qarşı cinayətlərini dəstəkləyərək deyib: İsrailli girovlar azad edilməlidir, əks halda cəhənnəm olacaq. Mən İsraili dəstəkləyirəm və bu, hamıya aydındır. Qəzzada müharibə hər kəsin düşündüyündən daha uzun sürdü.
Qeyd edək ki, Donald Tramp düz bir ay əvvəl də Qəzzadakı girovların azad edilməsini tələb etmişdi.
Tramp daha sonra təhdid edərək deyib: Xəbərdarlıq edirəm! İsrailli girovlar 2025-ci il yanvarın 20-dən əvvəl azad edilməsələr, qürurla Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsini icra edəcəyim gün cəhənnəm olacaq.