İsrail Qəzza zolağında iki əsgərin öldüyünü açıqlayıb

Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin iki əsgəri həlak olub, daha ikisi isə yaralanıb.
Bu barədə İsrail Müharibə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Nahal” briqadasının 932-ci batalyonunda xidmət edən 24 yaşlı kapitan Eytan Şiknazi Fələstin anklavının şimalında gedən döyüşdə həlak olub.
Eyni döyüşdə daha bir əsgər ölüb, daha iki əsgər isə ağır yaralanıb və xəstəxanaya aparılıb.