BMT Qəzzanın şimalında mühasirə və humanitar fəlakət barədə xəbərdarlıq edib
BMT Humanitar İşlər üzrə Koordinasiya Ofisi Qəzzanın şimalında mühasirəyə alınan insanların fəlakətli vəziyyəti ilə bağlı xəbərdarlıq edərək, İsrailin BMT qruplarının Qəzzanın şimalına və Əl-Avda xəstəxanasına həyati əhəmiyyətli yardım çatdırmaq səylərini bir daha puça çıxardığını vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bu gün (15 yanvar) bəyanat yayaraq elan edib: Fələstinlilər Qəzzanın şimalında, İsrailin davam edən təcavüzü və bölgədə intensiv hərbi əməliyyatlar səbəbiylə fəlakətli bir vəziyyətlə qarşı-qarşıyadır. Halbuki mülki insanlar harada olurlarsa olsunlar qorunmalıdırlar.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi çərşənbə axşamı İsrail səlahiyyətlilərinin BMT qruplarının Qəzzanın şimalına mühüm humanitar yardım çatdırmaq üçün etdiyi iki cəhdi rədd edərək, yardımın Qəzzanın şimalındakı xəstəxanalara çatmasına mane olduğunu açıqlayıb. BMT qrupları Əl-Avda və İndoneziya xəstəxanasından xəstələri evakuasiya etməyə və bəzi ərzaq, su və yanacaq, eləcə də tibbi ləvazimatları bölgə sakinlərinə çatdırmağa cəhd etsə də, İsrail buna icazə verməyib.