İran səfirliyi: Qəzzada atəşkəs İsrail rejimi üçün məğlubiyyətdir

İran səfirliyi: Qəzzada atəşkəs İsrail rejimi üçün məğlubiyyətdir

 İranın Livandakı səfirliyi ​​Qəzza zolağında müharibənin başa çatması və atəşkəs rejimini qəddar sionist rejimi üçün böyük məğlubiyyət hesab edib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Livandakı səfirliyi bu gün (16 yanvar)  Qəzzada əldə olunan atəşkəs razılaşmasına cavab olaraq X sosial media hesabında yazıb: Qəzzada müharibənin sonu, atəşkəsin bərqərar olması Fələstinin açıq-aşkar böyük qələbəsi, İsrail rejiminin isə daha böyük məğlubiyyətidir. Sionist rejim cəmiyyət arasında böyük bir tənqid, müxalifət və daxili ixtilaflar fırtınası ilə üzləşəcək və bu qələbə Qəzzada Fələstin xalqını sevinc, fəallıq və müqavimətlə dolduracaq.

Xatırladaq ki, nəhayət, Qəzza zolağında və İsrail işğalında 467 gün və təxminən 16 ay davam edən müharibədən sonra iki tərəf arasında atəşkəs razılaşması əldə olunub. Beynəlxalq media HƏMAS və İsrail rejimi tərəfindən atəşkəs razılaşmasının təsdiqlənməsi və imzalanması barədə xəbərlər yayaraq, İsrail təhlükəsizlik kabinetinin də səs çoxluğu ilə razılaşmanı təsdiqlədiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =